Bank Of Baku

Əfqanıstanda son sutka ərzində 70-dək terrorçu məhv edilib

Əfqanıstanda son sutka ərzində 70-dək terrorçu məhv edilib
# 23 sentyabr 2016 21:39 (UTC +04:00)

Bakı- APA Əfqanıstanın müxtəlif əyalətlərində aparılan hərbi əməliyyatlar nəticəsində son 24 saat ərzində 70-dək terrorçu məhv edilib.

 

APA-nın “Sinxua” agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Əfqanıstan Müdafiə Nazirliyindən açıqlama verilib.

 

“Əfqanıstan Milli Təhlükəsizlik Qüvvələrinin 3 əyalətdə apardığı əməliyyat nəticəsində son 24 saatda 70-dək terrorçu, o cümlədən 11 İŞİD üzvü məhv edilib, 43-ü isə yaralanıb”, - deyə məlumatda bildirilir.

 

Əməliyyat zamanı 4 Əfqanıstan ordusunun əsgəri həlak olub. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR