Bakı-APA. Əfqanıstan rəsmiləri Fərəh şəhərində əyalət məhkəməsinin binasına hücum zamanı ölənlərin yekun siyahısını açıqlayıblar. Bu barədə APA Agence France-Presse-ə istinadən məlumat verir.
Məlumata əsasən, aprelin 3-də səhər saatlarında həyata keçirilmiş hücum nəticəsində ən azı 44 nəfər həlak olub, onlarla insan isə yaralanıb.
Hücum zamanı taliblər terror fəaliyyətinə görə məhkəmə qərarını gözləyən yoldaşlarını azad etmək istəyirmişlər. Lakin onlar buna nail ola bilməyiblər. Hücumda iştirak edən 9 talib məhv edilib.
Fərəh şəhərinin yerləşdiyi eyniadlı əyalət əvvəllər Əfqanıstanın sakit rayonlarından sayılırdı.