Bakı. Ülkər Bəkirli – APA. Əfqanıstanın Bədəxşan vilayətində 50-dən çox adam itkin düşüb.
APA-nın BBC-yə istinadən verdiyi məlumata görə, onların torpaq sürüşməsi nəticəsində öldüyü güman edilir.
İtkin düşən şəxslərdən 25 nəfər qadındır, 22-si uşaqdır. Təbii fəlakət vilayət Feyzabad şəhərinin inzibati mərkəzi yaxınlığında baş verib.
Qeyd edək ki, Bədəxşan vilayətində tez-tez torpaq sürüşməsi baş verir. 2014-cü ilin mayında 350-dən çox adam torpaq sürüşməsi nəticəsində ölüb.