Bakı-APA. Əfqanıstan milli ordusunun əsgəri mayın 5-də Əfqanıstanda Təhlükəsizliyə yardım üzrə beynəlxalq qüvvələrin hərbi kontingentinin (ISAF) iki hərbçisini qətlə yetirib. APA-nın “Frans Press”ə istinadən verdiyi xəbərə görə, bu barədə ISAF-ın rəsmi açıqlamasında qeyd olunur.
“Bu gün Əfqanıstan milli ordusunun əsgəri ISAF-ın hərbçilərinə atəş açması nəticəsində iki nəfər <…> həlak olub”, deyə məlumatda bildirilir.
İnsidentin təfərrüatları bildirilmir.
“Assoşieyted Press”in məlumatına görə, fakt üzrə araşdırma başlanıb. Həlak olanların milliyyəti açıqlanmır.