Bakı. Könül Cəfərli – APA. “Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) “Parçin” hərbi obyektinə daxil olmaq tələbi NPT müqaviləsi çərçivəsindən kənara çıxır”. APA-nın məlumatına görə, bunu İran parlamentinin milli təhlükəsizlik və xarici siyasət komissiyasının sədri Əlaəddin Burucerdi deyib.
O bildirib ki, “Parçin” nüvə obyekti olmadığı üçün İran AEBA müfəttişlərini bu obyektə buraxmağa məcbur deyil: “Əgər agentlik İranın “altılıq” ölkələri ilə müzakirələrdə güzəştə gedəcəyini gözləyirsə, yanılır. Çünki bu heç vaxt baş verməyəcək”.