Bakı. Könül Cəfərli-APA. “Qonşu ölkələrlə yaxşı əlaqələr qurmaq İranın əsas prioritet siyasətidir”. APA-nın “Mehr” xəbər agentliyinə istinadən məlumatına görə, bunu İranın xarici işlər naziri Əli Əkbər Salehi bildirib. Onun sözlərinə görə, bütün ölkələrlə yaxşı əlaqələr qurmaq İranın təməl siyasətidir və rəsmi Tehran bu istiqamətdə 15 strateji qonşu ölkə ilə əlaqələri yüksək tutmaq istəyir: “Ona görə də ölkə sərhədlərinin əhəmiyyəti böyükdür və sərhəd bölgələrinin inkişafı İran Xarici İşlər Nazirliyinin əsas vəzifələrindən biridir”.