Bank Of Baku

Əli Əkbər Salehi BMT baş katibini qərəzsiz mövqe tutmağa çağırıb

Əli Əkbər Salehi BMT baş katibini qərəzsiz mövqe tutmağa çağırıb
# 20 fevral 2013 11:18 (UTC +04:00)

 

Bakı. Könül Cəfərli – APA. “BMT-nin baş katibi Pan Gi Mun beynəlxalq məsələlərin həllində qərəzsiz mövqe tutmalıdır”.

 

APA-nın “Mehr” xəbər agentliyinə istinadən məlumatına görə, bunu İranın xarici işlər naziri Əli Əkbər Salehi P. G. Munun “Washington Post” qəzetində dərc edilən müsahibəsinə etiraz olaraq bildirib.

 

Salehi deyib ki, BMT baş katibi problemlərin həllində ayrı-ayrı ölkələrin maraqlarını nəzərə almamalıdır: “Pan Gi Mun məsələlərə qərəzsiz və tərəfsiz mövqedən yanaşmalıdır. Əks halda, beynəlxalq aləmdə nüfuzunu itirəcək”.

 

Qeyd edək ki, P. G. Mun müsahibəsində bildirib ki, İran müzakirələrdən istifadə etməklə nüvə silahı istehsal etdiyini gizlədə bilər.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR