Bank Of Baku

Əli Əkbər Salehi Suriya ilə bağlı BMT baş katibinə məktub yazıb

Əli Əkbər Salehi Suriya ilə bağlı BMT baş katibinə məktub yazıb
# 26 mart 2013 14:45 (UTC +04:00)

Bakı. Könül Cəfərli-APA. İranın xarici işlər naziri Əli Əkbər Salehi BMT baş katibi Pan Ki Muna məktub yazaraq, Suriya müxalifətinin kimyəvi silahdan istifadə etməsini pisləyib. APA-nın İRİB-ə istinadən məlumata görə, Salehi BMT-dən bu məsələni araşdırmağı və qabaqlayıcı tədbirlərin görülməsi üçün Suriyaya  heyət göndərilməsini istəyib. Məktubda bildirilib ki, Suriyada kimyəvi silahlardan istifadə edilməsinin nəticəsində neçə günahsız mülki vətəndaş həlak olub və yaralanıb: “Bu isə beynəlxalq təhlükəsizlik və sülh üçün açıq şəkildə təhdiddir. Həmçinin kimyəvi silahlarla bağlı konvensiyaya ziddir. Bütün hökumətlər və beynəlxalq təşkilatlar kimyəvi silahlardan istifadənin və terrorçulara bu silahların göndərilməsinin qarşısının alınması üçün öz öhdəliklərini yerinə yetirməlidirlər”.

 

İRİB-in yazdığına görə, ötən həftə Hələb şəhərinin yaxınlığında Suriya müxalifət qüvvələri kimyəvi silahlardan istifadə edib. Nəticədə 25 nəfər mülki vətəndaş həlak olub, yüzlərlə insan yaralanıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR