Bank Of Baku

Əli Əsgər Sultaniyə: “İran nüvə hüququndan əsla geri addım atmayacaq”

Əli Əsgər Sultaniyə: “İran nüvə hüququndan əsla geri addım atmayacaq”
# 07 mart 2013 09:05 (UTC +04:00)

 

Bakı. Könül Cəfərli-APA. “Qərb ölkələri Nüvə silahlarının istehsalı və yayılmasının qarşısının alınması sazişini (NPT) İrana qarşı bir bəhanə olaraq istifadə edir”. APA-nın İRİB-ə istinadən məlumatına görə, bu fikirləri İranın Atom Enerjisi üzrə Beynəlxalq Agentlikdəki (AEBA) daimi nümayəndəsi Əli Əsgər Sultaniyə bildirib.

 

Onun sözlərinə görə, Qərb ölkələri NPT üzvü olan İrana qarşı məntiqsiz davranır: “İranın 2011-ci il martın 8-də nüvə məsələsi ilə bağlı göndərdiyi məktubuna hələ cavab verilməyib. Bu vəziyyət Qərb ölkələrinin İrana qarşı bəhanə arxasında olduğunu göstərir. Halbuki İran bütün nüvə fəaliyyətlərini agentliyin nəzarəti altında davam etdirir və bu həqiqətin də onlar tərəfindən bilinməsinə baxmayaraq bəhanə axtarmaqdadırlar”.

 

Ə. Sultaniyə Qərb ölkələrinin nüvə enerjisindən yararlanmaq məsələsində İrana qarşı olduğunu deyərək, ABŞ-ın Avropada NATO üzvü olan ölkələrə yüzlərlə nüvə başlığı daşıyan raketlər yerləşdirdiyini söyləyib: “Belə ki, Belçika, Hollandiya, Almaniya və İtaliyada son  bir neçə ildə 240 belə raket həmişəlik yerləşdirilib. Bu vəziyyət isə NPT müqaviləsinə ziddir”.

 

İran rəsmisi AEBA və digər təşkilatların İsrailin hərbi məqsədli nüvə proqramını görməməzliyə vurmasını da tənqid edib: “İsrailin də əlində nüvə başlığı daşıyan yüzlərlə raket var. İsrailə təzyiq edilməməsi də Qərb ölkələrinin ikili standart siyasətinin aşkar nümunəsidir”.

 

Nüvə silahlarının İranın müdafiə strategiyasında yerinin olmadığını deyən Ə. Sultaniyə vurğulayıb ki, rəsmi Tehran NPT və AEBA Nizamnaməsinə tamamilə bağlıdır: “Bu təşkilatlarla əməkdaşlıq digər ölkələrlə müqayisə edilməyəcək dərəcədə çox və  şəffafdır”.

 

Səfir ölkəsinin uranın zənginləşdirilməsi fəaliyyətlərini davam etdirəcəyini deyərək, İranın nüvə haqqından əsla geri addım atmayacağını bir daha bəyan edib.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR