Bakı. Könül Cəfərli-APA. “İranla Atom Enerjisi üzrə Beynəlxalq Agentliyi (AEBA) arasında fevralın 13-də Tehranda keçirilən nüvə müzakirələrində çərçivə sazişinin bəzi detalları ilə bağlı razılıq əldə olunub”. APA-nın “Fars” xəbər agentliyinə istinadən məlumatına görə, bu fikirləri İranın AEBA-dakı daimi nümayəndəsi Əli Əsgər Sultaniyə bildirib.
Onun sözlərinə görə, görüşdə bəzi məsələlərlə bağlı fikir ayrılıqları aradan qaldırılıb və çərçivə sazişinin mətnindəki bəzi maddələr razılaşdırılıb: “Tərəflər müzakirələrdə irəli sürülən yeni təkliflə əlaqədar olaraq lazımi araşdırmalardan sonra növbəti görüşdə öz fikirlərini bildirəcəklər”.