Bank Of Baku

Əli Xamneyi dünya dövlətlərini nüvə silahlarını ləğv etməyə çağırıb

Əli Xamneyi dünya dövlətlərini nüvə silahlarını ləğv etməyə çağırıb
# 16 fevral 2013 20:57 (UTC +04:00)

Bakı-APA. İranın ali dini lideri Ayətullah Əli Xamneyi fevralın 16-da bir daha qeyd edib ki, İranın nüvə proqramı sırf sülh xarakteri daşıyır və dünya dövlətlərini nüvə silahlarının hamısını ləğv etməyə çağırıb.

 

APA-nın Press TV-yə istinadən verdiyi xəbərə görə, Əli Xamneyi qeyd edib ki, İran nüvə silahı əldə etmək niyyətində olsaydı, bunu çoxdan etmişdi və heç kəs ona bu işdə mane ola bilməzdi.  

 

“Biz inanırıq ki, dünyada nüvə silahların hamısı ləğv olunmalıdır və biz onu əldə etmək niyyətində deyilik. Lakin bizdə bu əqidə olmasaydı və biz biz nüvə silahı əldə etmək niyyətində olsaydıq, buna heç bir qüvvə mane ola bilməzdi”, deyə Əli Xamneyi qeyd edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR