Bakı. Real Cəfərli - APA. İranın Ərdəbil vilayətində 40 nəfər edam cəzalarının icra ediləcəyi günü gözləyir.
APA-nın “Oyannews”a istinadən məlumatına görə, bu barədə Ərdəbil vilayətinin baş ədliyyəsinin rəisi açıqlama verib.
Onun sözlərinə görə, məhbusların hamısı narkotik maddələrin qaçaqmalçılığında günahlandırılaraq ölüm hökmünə məhkum ediliblər. Ərdəbil vilayətində son illərdə narkotik maddələrin qaçaqmalçılığında təqsirləndirilən 21 nəfər dara çəkilib.
Qeyd edək ki, bu günlərdə İranın Şərqi Azərbaycan vilayətində gizli edamların həyata keçirildiyi və son iki ay ərzində Təbriz şəhərinin mərkəzi həbsxanasında biri qadın olmaqla 10 nəfərin dara çəkildiyi məlum olub.