Bank Of Baku

Ukrayna İsveçdən 16 ədəd "Gripen E" qırıcısı alacaq

Ukrayna İsveçdən 16 ədəd "Gripen E" qırıcısı alacaq
# 01 iyul 2026 01:34 (UTC +04:00)

Ukrayna və İsveç 16 ədəd "Gripen E" qırıcısının alınmasına dair saziş imzalayıb.

APA xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski "Telegram" kanalında məlumat verib.

Saziş Zelenskinin Kiyevdə İsveçin müdafiə naziri Pol Yonsonla keçirdiyi görüş zamanı imzalanıb.

Zelenskinin rəsmi saytında bildirilib ki, Gripen E qırıcılarının Ukraynaya tədarükünə 2029-cu ildən başlanılacaq. Satınalma Avropa İttifaqının krediti və Böyük Britaniyanın dəstəyi hesabına maliyyələşdiriləcək.

Ukrayna həmçinin təyyarələr üçün avadanlıq, texniki yardım və logistika dəstəyi alacaq. Bundan əlavə, İsveçdə artıq ukraynalı pilotların və texniki heyətin hazırlığı həyata keçirilir.

Kiyev 2027-ci ilin əvvəlində isə İsveçdən hərbi yardım çərçivəsində daha 16 ədəd "Gripen C/D" qırıcısı almağı gözləyir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR