Bank Of Baku

Ərdoğan HƏMAS liderlərindən biri ilə Qəzza zolağındakı vəziyyəti müzakirə edib

Ərdoğan HƏMAS liderlərindən biri ilə Qəzza zolağındakı vəziyyəti müzakirə edib
# 20 dekabr 2015 01:55 (UTC +04:00)

Bakı-APA. Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan Fələstinin HƏMAS hərəkatının siyasi bürosunun sədri Xalid Məşəl ilə görüşüb.   APA-nın məlumatına görə, bu barədə “Reuters”ə İsrail hökumətindəki mənbə bildirib.  

 

Məlumata görə, Xalid Məşəl təfərrüatlarına varmadan regiondakı son hadisələr barədə Ərdoğana qısa məlumat verib.

 

Agentlik Ərdoğan-Məşəl görüşünün Türkiyə və İsrail münasibətlərinin bərpa olunmasına dair ilkin razılaşmanın əldə edilməsi fonunda keçirildiyini qeyd edir. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR