Bank Of Baku

Ərəb Dövlətləri Liqası İranı regional təhlükəsizliyi təhdid etməkdə günahlandırıb

Ərəb Dövlətləri Liqası İranı regional təhlükəsizliyi təhdid etməkdə günahlandırıb
# 25 dekabr 2015 07:19 (UTC +04:00)

Bakı. Türbət Bağırova - APA. Ərəb Dövlətləri Liqası rəsmi Tehranı regional, beynəlxalq təhlükəsizliyi və sülhü təhdid etməkdə ittiham edib.

 

APA-nın “haber7.com” saytına istinadən verdiyi xəbərə görə, bu barədə təşkilatın Misirin paytaxtı Qahirədə keçirilən fövqəladə toplantısının yekununda qəbul edilən bəyanatda deyilir.

 

Bəyanatda bildirilir ki, İran beynəlxalq hüququn əksinə olaraq ərəb ölkələrinin daxili işlərinə müdaxilə edir. Ərəb ölkələri İranı gücdən istifadə etməməyə, güclə hədələməkdən imtina etməyə, ərəb xalqları arasında təxribat hallarına yol verməməyə çağırıblar.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR