Bank Of Baku

Ərəb koalisiyası qiyamçı hsilərin mövqelərini yenidən bombalamağa başlayıb

Ərəb koalisiyası qiyamçı hsilərin mövqelərini yenidən bombalamağa başlayıb
# 23 oktyabr 2016 13:22 (UTC +04:00)

Bakı-APA. Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya yenidən Yəməndə qiyamçı hüsilərin mövqelərinə aviazərbələr endirməyə başlayıb.

 

APA-nın SABA agentliyinə istinadən verdiyi məlumata görə, oktyabrın 20-də 72 saat atəşkəs elan edilib.

 

Bu gün elan olunan atəşkəs başa çatıb və səhər koalisiya qüvvələri paytaxt Səna şəhərinin müxəlif rayonlarına 9 aviazərbə endirib. Koalisiyanı dəstəkləyən Yəmən xarici işlər naziri Abdel Malik əl-Mahlafi atəşkəsin müddətinin uzadılmasının mənasız olduğunu, qiyamçı husilərin atəşkəsə riayət etmədiyini bildirib: “Biz BMT-nin xüsusi nümayəndəsinin çağırışına hörmətlə yanaşırıq, ancaq qarşı tərəfin riayət etməməsi səbəbindən hər hansı atəşkəs olmayıb”.

 

Qeyd edək ki, BMT-nin xüsusi nümayəndəsi İsmail Uld Şeyd Əhməd bundan müxtəlif rayonlara humanitar yardımların çatdırılması üçün öncə tərəfləri atəşkəsin müddətini uzatmağa çağırıb. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR