Bank Of Baku

Von der Lyayen: Türkiyə NATO-da hər zaman əhəmiyyətli rol oynayıb

Avropa Komissiyasının Prezidenti Ursula von der Lyayen

© APA | Avropa Komissiyasının Prezidenti Ursula von der Lyayen

# 07 iyul 2026 15:41 (UTC +04:00)

Türkiyə NATO daxilində ən böyük silahlı qüvvələrdən birinə malikdir, son dərəcə mühüm ölkədir və Alyansda hər zaman əhəmiyyətli rol oynayıb.

APA xəbər verir ki, bunu Avropa Komissiyasının Prezidenti Ursula von der Lyayen NATO-nun Ankarada keçirilən sammitində çıxışı zamanı deyib.

“Eyni zamanda, əlbəttə ki, Türkiyə Avropa İttifaqı ilə münasibətlərimizdə də mühüm yer tutur. Dediyim kimi, yalnız “Security Action for Europe” (Aİ-nin silahlandırma üzrə proqramı -red.) proqramına baxsaq, söhbət 150 milyard avroluq maliyyə paketindən gedir. Bunun 35 faizi Türkiyə ilə birgə əməkdaşlıq üçün açıqdır”, - Lyayen qeyd edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR