Bakı. Real Cəfərli - APA. Ermənistanın müdafiə naziri Seyran Ohanyan iranlı həmkarı Hüseyn Dehqana təbrik məktubu göndərib.
APA-nın “Fars” xəbər agentliyinə istinadən məlumatına görə, S.Ohanyan məktubunda iki xalqın min ildən çoxdur dostluq əlaqələri olduğunu, bundan belə də bu münasibətlərin regional təhlükəsizliyə xidmət edəcəyinə və hər iki nazirlik arasında əməkdaşlığa yeni bir hərəkətlilik qazandıracağına inandığını yazıb.