Bank Of Baku

Fatma Kərrubi: “Mehdi Kərrubinin saxlanma şərait yaxşılaşıb”

Fatma Kərrubi: “Mehdi Kərrubinin saxlanma şərait yaxşılaşıb”
# 24 fevral 2014 07:12 (UTC +04:00)

Bakı. Real Cəfərli – APA. İran müxalifətinin liderlərindən sayılan, üç ildən çoxdur ev dustaqlığında saxlanılan Mehdi Kərrubinin həyat yoldaşı ərinin vəziyyətindən danışıb.

 

APA-nın İSNA-ya istinadən verdiyi məlumata görə, Fatma Kərrubi bildirib ki, Mehdi Kərrubinin saxlanıldığı şərait yaxşılaşıb.

 

Qeyd edək ki, İran müxalifətinin liderlərindən olan Mirhüseyn Musəvi və onun həyat yoldaşı Zəhra Rəhnəvərd ev dustaqlığında, M.Kərrubi İran İnformasiya, Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinə (ETTELAT) məxsus xüsusi təcrid evlərindən birində saxlanılırdı. Ancaq ötən ay Kərrubi Tehran şəhərinin Çəmran məntəqəsindəki evinə köçürülüb və mənzilinin birinci mərtəbəsində mühafizə dəstəsi yerləşdirilib. Ona yalnız yerli telekanallara baxmaq icazəsi verilib. Kərrubi peyk televiziyalarına baxa, internet və telefondan istifadə edə bilməz. İranın baş prokuroru Qulamhüseyn Möhsüni Ejei jurnalistlərə açıqlamasında deyib ki, Musəvi və Kərrubi tövbə etməyəcəkləri təqdirdə onların işində heç bir irəliləyiş baş verməyəcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR