Bakı-APA. Filippin hökuməti bildirib ki, “Pablo” qasırğası nəticəsində ölkədə 82 nəfər ölüb, 21 nəfər itkin düşüb.
APA-nın RİA Novosti-yə istinadən verdiyi xəbərə görə, bir qədər əvvəl 15 nəfərin öldüyü təsdiq olmuşdu.
Filippinin ən iri adası olan Mindanayoya qədər çatan bu qasırğa son 20 ildə ölkənin cənub hissəsində baş vermiş ən şiddətli qasırğadır. Küləyin surəti saatda 170-200 km çatıb, güclü leysan yağışları daşqınlara və sürüşməsinə səbəb olub.