Bank Of Baku

Filippində təbii fəlakət qurbanlarının sayı 300-ü ötüb

Filippində təbii fəlakət qurbanlarının sayı 300-ü ötüb
# 05 dekabr 2012 17:57 (UTC +04:00)

Bakı-APA. Filippində Bopha tayfununun qurbanlarının sayı 300-ü keçib.

 

Rəsmilərin məlumatına görə, bu gün ölkənin Davao Oriental və Montevista bölgələrində 57 nəfər selin qurbanı olub. Siquijor adasında isə içərisində iki nəfərin olduğu qayıq batıb.

 

Ölkənin cənubundakı Nyu Bataan qəsəbəsinin Andap kəndində 43 nəfər qəflətən gələn selin qurbanı olub. Eyni kənddə daha sonra 9 hərbçi və sayları müəyyən edilməmiş kəndlilər seldə boğulublar.

 

Təbi fəlakət səbəbindən Filippinin 2 şəhəri tamamilə elektrik enerjisindən məhrum olub, 60 min nəfər çadırlara yerləşdirilib.

 

Tayfun Filippindən keçərək Cənubi Çin dənizinə doğru irəliləyir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR