Bank Of Baku

Həcc ziyarəti zamanı kranın aşması nəticəsində baş verən faciəni törədənlər müəyyənləşib

Həcc ziyarəti zamanı kranın aşması nəticəsində baş verən faciəni törədənlər müəyyənləşib
# 16 dekabr 2015 14:09 (UTC +04:00)

Bakı. Türbət Bağırova-APA. Səudiyyə Ərəbistanının Ciddə şəhər Təhqiqat Bürosu və Prokurorluğu Həcc ziyarəti zamanı Məkkənin əl-Haram məscidində qaldırıcı kranın aşması nəticəsində kütləvi insan ölümünə səbəb olan hadisədə təqsirli bilinən 5 nəfəri müəyyənləşdirib.

 

APA-nın “Ria Novosti” agentliyinə istinadən verdiyi xəbərə görə, şübhəli şəxslərin adları açıqlanmasa da, onların podratçı şirkətin texniki işçiləri, mühəndis və inzibati sahələrdə çalışan əməkdaşları olduğu bildirilir. 

 

Qeyd edək ki, bu il sentyabrın 11-də Həcc ziyarəti zamanı Məkkədə qaldırıcı kranın aşması nəticəsində 109 nəfər ölüb, 230-dan çox insan xəsarət alıb.

Sentyabrın 24-də, Qurban bayramında isə izdiham nəticəsində 1000-dən çoxzəvvar ölüb, minlərlə şəxs xəsarət alıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR