Bakı-APA. Suriyalı müxalifətçilərin məlumatına görə, hökumət qoşunları Hələb şəhərinin bir rayonunu atəşə tutub, nəticədə 9 uşaq ölüb. APA-nın “BBC”yə istinadən verdiyi xəbərə görə, əhalinin əksəriyyəti kürd təşkil edən rayonda baş vermiş insident nəticəsində ümumilikdə 15 adam ölüb.
Hadisədən dərhal sonra kürd silahlıları Hələb şəhərindəki hərbi posta hücum edərək, 5 hərbçini qətlə yetirib.