Bank Of Baku

Həmid Kərzay NATO-nun aviazərbəsinə görə izahat tələb edib

Həmid Kərzay NATO-nun aviazərbəsinə görə izahat tələb edib
# 14 fevral 2013 21:51 (UTC +04:00)

 

Bakı-APA. Əfqanıstan prezidenti Həmid Kərzay ölkədəki NATO qüvvələrinin komandanı Cozef Danforddan 10 nəfər dinc sakinin həyatına son qoymuş aviazərbəyə görə izahat tələb etmək niyyətindədir.

 

APA-nın “BBC”yə istinadən verdiyi xəbərə görə, Əfqanıstandakı NATO kontingentinin komandanlığı bir qədər əvvəl general Danfordun ölənlərin qohumlarına başsağlığı verdiyi barədə məlumat yayıb.  

 

Alyans nümayəndələri əsasən uşaqların və qadınların ölməsi ilə nəticələnən aviazərbənin araşdırılmasına başlandığını bildiriblər.   

 

Xatırladaq ki, insidentdən bir qədər əvvəl ABŞ prezidenti Barak Obama 2014-cü ilin sonuna qədər Əfqanıstandan bütün qoşunların çıxarılacağı barədə bəyanat verib.  Onun sözlərinə görə gələn ilin əvvəlinədək Əfqanıstandan 34 min amerikalı əsgər çıxarılacaq. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR