Bakı. Könül Cəfərli – APA. “İranla fevralın 13-də Tehranda apardığımız müzakirələrdə bu ölkənin nüvə proqramı ilə bağlı razılığa gələ bilmədik”. APA-nın məlumatına görə, bunu Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) icraçı direktorunun müavini Herman Nakartes deyib.
O bildirib ki, görüşdə AEBA müfəttişlərinin İranın “Parçin” hərbi obyektinə daxil ola bilmələri üçün də razılıq əldə edilməyib: “Agentlik İranla nüvə müzakirələrini davam etdirməyə hazırdır. Lakin problemin həlli üçün növbəti addımları düşünməliyik. Bunun üçün zamana ehtiyac var. İranla AEBA arasında növbəti görüşün tarixi ilə bağlı hələlik razılığa gələ bilmədik”.