Bank Of Baku

Həsən Ruhani: “İran müsəlmanlar arasında hər cür qarşıdurmaya qarşıdır”

Həsən Ruhani: “İran müsəlmanlar arasında hər cür qarşıdurmaya qarşıdır”
# 15 iyul 2013 09:06 (UTC +04:00)

Bakı. Real Cəfərli – APA. İranın yeni prezidenti Həsən Ruhani ilə Tunis prezidenti Munsif əl-Marzuki arasında telefon danışığı olub.

 

APA-nın məlumatına görə, M.əl-Marzuki İranın müqəddəs Ramazan ayında Suriyada atəşkəs rejiminin əldə olunmasına yardım etməsini istəyib. Tunis prezidenti həmçinin öz ölkəsindəki mövcud durumdan da narahat olduğunu və Misir başda olmaqla bütün müsəlman ölkələrində sabitliyin təmin edilməsi üçün səy göstərəcəklərini deyib.

 

H.Ruhani isə öz növbəsində İranın dünyanın harasında olursa-olsun, müsəlmanlar arasında hər cür qarşıdurmaya qarşı olduğunu bildirib: “Biz istər mübarək Ramazan, yaxud istər digər aylarda olsun, müsəlmanların bir-biri ilə zidd düşərək qan tökmələrinin əleyhinəyik”.

 

Onun  sözlərinə görə, bütün İslam ölkələrinin müsəlmanlar arasında müharibə, qan tökülməsi və qarşıdurmanın qarşısını almaq üçün səy göstərməsi lazımdır: “Əlbəttə, İran da bu istiqamətdə heç bir səyini əsirgəməyəcək”. H.Ruhani Misirdəki hadisələrin də bu ölkə xalqının mənafeyinə uyğun olmasını arzuladıqlarını və xalqın qərarına hörmət edəcəklərini vurğulayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR