Bank Of Baku

Həsən Ruhani: “İran parlamentinə sayğını geri qazandırmaq lazımdır”

Həsən Ruhani: “İran parlamentinə sayğını geri qazandırmaq lazımdır”
# 15 iyul 2013 11:35 (UTC +04:00)

Bakı. Real Cəfərli – APA. İranın yeni prezidenti Həsən Ruhani ölkə parlamentində çıxış edib.

 

APA-nın məlumatına görə, H.Ruhani çıxışında bildirib ki, xalqın tələblərinin həyata keçirilməsi və öz proqramlarında müvəffəqiyyətli ola bilməsi üçün güclü hökumətin güclü parlamentə ehtiyacı var: “Parlament demokratiyanın mühüm göstəricisidir. Əgər son illərdə İran parlamentinə qarşı bir hörmətsizlik olubsa, bu quruma sahib olduğu sayğını geri qazandırmaq lazımdır”.

 

İran prezidenti quracağı hökumətin ölkə konstitusiyasını və qanunları tətbiq edən bir hökumət olacağını deyib: “Hüququn üstünlüyü olmadan İranın inkişafı mümkün deyil. Hökumətin ölkədəki işsizliyi və İranın beynəlxalq sahədəki problemlərini həll etmək üçün parlamentlə əməkdaşlıq və həmrəyliyinə ehtiyacı var”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR