Bakı. Könül Cəfərli – APA. “Ağ Evin İranla müzakirə edə biləcəyi mövzular var”. APA-nın məlumatına görə, bu fikirləri ABŞ-ın dövlət katibi Hillari Klinton deyib. O bildirib ki, ABŞ İranla ikitərəfli müzakirələr aparmağa hazırdır: “Lakin belə bir görüşlərin keçirilməsi üçün İran da hazır olmalıdır. Dövlət katibi işlədiyim müddətdə qarşılaşdığım ən çətin problem İran məsələdir. Tehranın nüvə silahı əldə etməsi təhlükəlidir. Biz bu məsələ ilə bağlı “altılıq” ölkələrinə daxil olan tərəfdaşlarımızla da işləyirik. İran da iştirak etmək istəsə, biz onlarla ikitərəfli görüşlər keçirməyə hazırıq. Lakin qeyd etdiyim kimi görüş istəyi qarşılıqlı olmalıdır”.