Bank Of Baku

Hindistanda sərnişin avtobusu dərəyə düşüb, 10 nəfər ölüb, 50 nəfər xəsarət alıb

Hindistanda sərnişin avtobusu dərəyə düşüb, 10 nəfər ölüb, 50 nəfər xəsarət alıb
# 16 fevral 2015 21:23 (UTC +04:00)

Bakı-APA. Hindistanın Madxya-Pradeş ştatında sərnişin avtobusunun 30 m dərinliyi olan dərəyə düşməsi nəticəsində 10 nəfər ölüb, 50 nəfər xəsarət alıb.

 

APA-nın TASS-a istinadən verilən məlumata görə, ölənlər arasında qadın və uşaqların da olduğu bildirilir.

 

Qəzanın səbəbləri barədə məlumat verilmir. Hadisə yerində xilasedici əməliyyat davam edir. Qeyd edək ki, Hindistan yol-nəqliyyat hadisələrində ölüm hallarına görə dünyada birinci yer tutur.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR