Bank Of Baku

Hindistanda törədilmiş bir neçə partlayışda 15 nəfər ölüb, 50-dək insan yaralanıb

Hindistanda törədilmiş bir neçə partlayışda 15 nəfər ölüb, 50-dək insan yaralanıb
# 21 fevral 2013 18:44 (UTC +04:00)

 

Bakı-APA.  Hindistanın cənubunda yerləşən Andxra Pradeş ştatının paytaxtı Heydərabad şəhərində pik saatlarda üç güclü partlayış törədilib. APA-nın “İTAR-TASS”a istinadən verdiyi məlumata görə, partlayışlar nəticəsində ən azı 15 nəfər ölüb, 50-dək insan qəlpə yaraları alıb.

 

Partlayıcı qurğuların hamısı yerli kinoteatrın və bazarın yaxınlığında, insanların daha çox cəmləşdiyi yerdə işə salınıb. Polis hadisə yerini əhatəyə alıb.   

 

“Biz hələlik deyə bilmərik konkret nə partlayıb”, deyə polis nümayəndəsi bildirib.

 

Dehlidə, Maxaraştra və Karnataka ştatlarında yüksək təhlükəsizlik tədbirləri həyata keçirilir.   

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR