Bank Of Baku

Hindistanın Kəşmir şəhərində iki polis əməkdaşı qətlə yetirilib

Hindistanın Kəşmir şəhərində iki polis əməkdaşı qətlə yetirilib
# 03 mart 2013 00:05 (UTC +04:00)

Bakı-APA. Martın 2-də Hindistanın şimalındakı Cəmmu və Kəşmir vilayətində yaraqlılar iki polis əməkdaşını qətlə yetirib. APA-nın “RİA Novosti”yə istinsdən verdiyi xəbərə görə, üç nəfər yaraqlı yaxın məsafədən polis əməkdaşlarına atəş açıb. Polislər xəstəxanaya aparılarkən yolda keçinib, onların hər ikisi boynundan və başından güllə yaraları alıb.  

 

Cəmmu və Kəşmir vilayətində 1989-cu ildən separatçılar və Hindistan hakimiyyəti arasında münaqişə davam edir, on minlərlə insan münaqişənin qurbanı olub. Hindistan Pakistanı separatçıları dəstəkləməkdə ittiham edir.  

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR