Bank Of Baku

Hindistanında binanın uçması nəticəsində ölənlərin sayı 40-ı keçib

Hindistanında binanın uçması nəticəsində ölənlərin sayı 40-ı keçib
# 28 sentyabr 2013 17:37 (UTC +04:00)

Bakı – APA. Hindistanın Mumbai şəhərində sentyabrın 27-də  beşmərtəbəli binanın uçması nəticəsində ölənlərin sayı 41-ə çatıb, 32 nəfər isə yaralanıb. APA-nın “İTAR-TASS”a istinadən verdiyi xəbərə görə, bu barədə “Hindistan tayms” qəzeti məlumat yayıb.


İlkin məlumata görə, 30 il əvvəl tikilən binanın uçmasına səbəb onun qəzalı vəziyyətdə olması olub.  

 

Qeyd edək ki, bu, 2013-cü ildə Mumbaidə baş verən ilk bina uçması deyil. Apreldə yeddimərtəbəli binanın uçması nəticəsində 74 nəfər, iyunda üçmərtəbəli binanın uçması nəticəsində 10 nəfər həlak olub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR