Bank Of Baku

Hindistan-Pakistan sərhədində baş vermiş atışma nəticəsində 3 pakistanlı hərbçi həlak olub

Hindistan-Pakistan sərhədində baş vermiş atışma nəticəsində 3 pakistanlı hərbçi həlak olub
# 03 yanvar 2015 03:26 (UTC +04:00)

Bakı-APA. Hindistanın Cammu və Kəşmir ştatındakı nəzarət zolağında hindistanlı hərbçilərlə  atışma nəticəsində 3 pakistanlı hərbçi həlak olub. APA-nın “TASS”-a istinadən verdiyi xəbərə görə, bu barədə NDTV telekanalı məlumat yayıb.  

 

Qeyd edək ki,  son zamanlar mübahisəli Kəşmir ştatı və Hindistan-Pakistan sərhədində toqquşmaların sayı artmaqdadır. Dekabrın 30-dan 31-nə keçən gecə tərəflər arasında baş vermiş atışma nəticəsində 1 hindistanlı və 4 pakistanlı hərbçi həlak olub.   

 

Tərəflər ara-sıra baş verən insidentlərdə bir-birini günahlandırır. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR