Bank Of Baku

İndoneziya hökuməti Fransanın “Charlie Hebdo” jurnalının redaksiyasına edilmiş silahlı hücumu pisləyib

İndoneziya hökuməti Fransanın “Charlie Hebdo” jurnalının redaksiyasına edilmiş silahlı hücumu pisləyib
# 09 yanvar 2015 13:01 (UTC +04:00)

Bakı. Anaxanım Hidayətova – APA. İndoneziya hökuməti Fransanın “Charlie Hebdo” jurnalının redaksiyasına edilmiş silahlı hücumu pisləyib.

 

İndoneziyanın ölkəmizdəki səfirliyindən APA-ya verilən məlumata görə, bu barədə İndoneziya Xarici İşlər Nazirliyinin bəyanatında bildirilir.


”İndoneziya hökuməti Fransa hökumətinə və xalqına, xüsusilə həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verir. İndoneziya hökuməti vurğulayır ki, istənilən zorakılıq yolverilməzdir. İndoneziya hökuməti cinayətkarların məsuliyyətə cəlb edilməsində Fransa hökumətinin səylərini dəstəkləyir", - deyə bəyanatda vurğulanıb. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR