Bank Of Baku

İndoneziyada güclü zəlzələ baş verib, 1 nəfər ölüb, 5-i xəsarət alıb - YENİLƏNİB

İndoneziyada güclü zəlzələ baş verib, 1 nəfər ölüb, 5-i xəsarət alıb  - <span style="color: red;">YENİLƏNİB
# 15 dekabr 2017 23:21 (UTC +04:00)

İndoneziyanın Yava adasında 6,5 bal gücündə zəlzələ baş verib.

 

APA-nın “Daily Telegraph”-a istinadən verdiyi xəbərə görə, təbii fəlakət nəticəsində azı 1 nəfər ölüb, 5 nəfər xəsarət alıb.

 

Məlumata əsasən, Yava adasının qərbində 62 yaşlı kişi dağıntılar altında qalaraq həyatını itirib.

 

Ölən və yaralananların sayının artacağı istisna edilmir. 

 

***

 

21:36

 

İndoneziyanın Yava adası yaxınlığında 6,8 bal gücündə zəlzələ baş verib.

 

APA-nın xəbərinə görə, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

 

 Yeraltı təkanların episentri Bandunq şəhərindən 129 km cənubda, ocağı isə 122 km dərinlikdə yerləşib.

 

 Dağıntı və zərərçəkənlər barədə məlumat daxil olmayıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR