Bank Of Baku

İndoneziyada 8 xarici vətəndaş edam edilib

İndoneziyada 8 xarici vətəndaş edam edilib
# 28 aprel 2015 22:59 (UTC +04:00)

APA-nın “TASS”a istinadən verdiyi xəbərə görə, bu barədə yerli KİV-lər məlumat yayıb.

 

Məlumata görə, güllələnərək edam olunanlardan ikisi avstraliyalı, dördü nigeriyalı, biri Braziliya, biri Filippin, biri isə İndoneziya vətəndaşlarıdır.  Onların hamısı narkotik maddələrin qaçaqmalçılığında müqəssir hesab olunaraq ölüm cəzasına məhkum ediliblər.  Edam edilən Filippin vətəndaşı qadındır. Edam ediləcək şəxslər siyahısında  bir fransalı da olub, lakin son anda onun  apelyasiya şikayəti baxılması üçün icraata götürülüb. Bu səbəbdən onun barəsində ölüm hökmünün icrası təxirə salınıb.    

 

Edam ölüm cəzasına məhkum olunmuş məhbusların saxlanıldığı ciddi rejimli həbsxananın yerləşdiyi  Nusakambanqan adasında icra edilib.   

 

Ekspertlər əcnəbilərin edam edilməsinin İndoneziyanın bir neçə xarici ölkə ilə münasibətlərinin pozulmasına səbəb olacağını proqnozlaşdırır.

 

Qeyd edək ki, bu ilin yanvarında İndoneziyada çoxillik fasilədən sonra 5 əcnəbi – Braziliya, Vyetnam, Nigeriya, Niderland və Malavi vətəndaşları edam edilib. Bundan sonra Braziliya Cakartadakı səfirini geri çağırıb. İndoneziyanın səfiri də Braziliyanı tərk etmək məcburiyyətində qalıb.

 

Hazırda İndoneziyanın həbsxanalarında 135 nəfər edam hökmünün icrasını gözləyir. Onlardan 60 nəfəri əcnəbidir.  

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR