APA-nın xarici mediaya istinadən verdiyi məlumata görə, “Lion Air” aviaşirkətinə məxsus, London-Bali reysini həyata keçirən təyyarə uçuş-enmə zolağından kənara çıxıb və dənizə düşüb.
Məlumata əsasən, təyyarədə 100-ə yaxın sərnişin olub. Onlardan çoxu müxtəlif xəsarətlərlə xəstəxanaya yerləşdirilib. Ölənlər barədə məlumat yoxdur.