Qəzza zolağında və İordan çayının qərb sahilində İsrail güc strukturları ilə fələstinlilər arasında baş verən toqquşmalar nəticəsində yaralananların sayı 303-ə çatıb.
APA-nın xəbərinə görə, bu barədə RİA Novosti agentliyinə yerli tibb xidmətinin nümayəndələri bildiribş
“Bu gün iğtişaşlarda 170 fələstinli yaralanıb, onlardan 50-si güllə yarası alıb, 5 nəfərin vəziyyəti ağır kimi qiymətləndirilir. 100-dən çox insan gözyaşardıcı qazdan zəhərlənib”, deyə Fələstin Səhiyyə nazirliyinin nümayəndəsi Əşrəf əl-Kidra bildirib.
Qızıl Aypara Cəmiyyətindən verilən məlumatda isə bildirilib ki, gün ərzində 133 fələstinliyə tibbi yardım göstərilib.
***
20:51
Bu gün İordan çayının qərb sahilində İsrail polisi ilə toqquşmalarda 176 fələstinli xəsarət alıb
APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, yaralılardan 43-ü xəstəxanalara çatdırılıb.
İordan çayının qərb sahilində və Qəzza zolağında “Qəzəb günü” HƏMAS və "Fəth" hərəkatlarının çağırışı ilə keçirilir.
Etirazlara səbəb ABŞ-ın Yerusəlimi İsrailin paytaxtı kimi tanıması və səfirliyini Təl Əvivdən Yerusəlimə köçürülməsi qərarıdır. Qeyd edək ki, Qəzza zolağında və İordan çayının qərb sahilində iğtişaşlar dekabrın əvvəlindən davam edir.