Bank Of Baku

İordaniya XİN rəhbəri: “Suriyada fəaliyyət göstərən terrorçu təşkilatlarla bağlı siyahı razılaşdırılmayıb”

İordaniya XİN rəhbəri: “Suriyada fəaliyyət göstərən terrorçu təşkilatlarla bağlı siyahı razılaşdırılmayıb”
# 19 dekabr 2015 01:50 (UTC +04:00)

Bakı-APA. “Suriyada fəaliyyət göstərən terrorçu təşkilatlarla bağlı siyahı tam şəkildə razılaşdırılmayıb”

 

APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə BMT Təhlükəsizlik Şurasının iclasında İordaniyanın xarici işlər naziri Naser Cudeh bildirib.

 

“Biz gördüyümüz işlərin nəticələrini “Suriyaya dəstək qrupuna” təqdim etdik. Bildirdik ki, bəzi terrorçu qruplar üzrə konsensus mövcuddur, digərləri üzrə yox. Bununla bağlı danışıqlar davam etdirilməlidir”, deyə N.Cudeh qeyd edib.

 

Xatırladaq ki, Suriya ərazisində terror təşkilatlarına dair siyahının hazırlanması və razılaşdırılması İordaniyanın üzərinə qoyulub. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR