Bank Of Baku

İran 16 nüvə stansiyası inşa edəcək

İran 16 nüvə stansiyası inşa edəcək
# 10 aprel 2013 10:01 (UTC +04:00)

Bakı. Könül Cəfərli - APA. “Hazırda İranda 16 nüvə stansiyasının inşası üçün yerlər müəyyənləşdirilir”. APA-nın “Mehr” xəbər agentliyinə istinadən məlumatına görə, bunu İran Atom Enerjisi Təşkilatının sədri Firidun Abbasi bildirib.

 

Onun sözlərinə görə, nüvə stansiyalarının Fars körfəzi, Oman dənizi və Xəzər dənizinə yaxın bölgələrdə tikilməsi məqsədəuyğun sayılıb: “Artıq həmin stansiyaların inşası üçün xarici şirkətlərdən də təkliflər alırıq. Lakin siyasi problemlərdən dolayı onlarla əməkdaşlıq etmirik, sadəcə məlumat mübadiləsi aparırıq. İran özü də digər ölkələrdə nüvə stansiyalarının inşasına hazırdır”.

 

F.Abbasi deyib ki, İran uranın 20% həddində zənginləşdirilməsi işlərini davam etdirəcək: “Biz ehtiyacımız olduğu müddətədək bu işi davam etdirəcək və fəaliyyətimizi dayandırmayacağıq. Bu məsələ ilə bağlı Qərb ölkələri tərəfindən verilən təkliflər məntiqsizdir”.

 

İran Atom Enerjisi Təşkilatının sədri həmçinin vurğulayıb ki, Buşəhr vilayətinin Kaki bölgəsində baş vermiş zəlzələdən Buşəhr Atom-Elektrik Stansiyası zərər görməyib: “Bu obyekt 8 ballıq zəlzələyə davamlıdır. Ötən ildən fəaliyyətə başlayan Buşəhr AES-in gücü 1000 megavata çatıb. Son altı ayda fasiləsiz olaraq işləyən bu stansiyada bütün standart sınaqlar müvəffəqiyyətlə həyata keçirilib”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR