Bakı-APA. İran Almatıda “altılıq” ölkələri ilə aparılan danışıqlardan razı qalıb. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə İranı danışıqlarda təmsil edən nümayəndə heyətinin rəhbəri, İran Ali Milli Təhlükəsizlik Şurası katibi Səid Cəlili bəyan edib.
“Altı dövlətin nümayəndələri fikirlərini təqdim etdi. Onlar həmçinin İranın fikirləri nəzərə alınmaqla təkliflərə lazımi qiymət verilməsinin zəruriliyini qeyd etdilər və, əlbəttə ki, danışıqların nəticələri onların paytaxtlarında elan olunacaq. Xanım Eşton “altılıq” ölkələrinin XİN rəhbərləri ilə məsləhətləşmələrdən sonra mənimlə əlaqə saxlayacaq, və biz gələcəkdə danışıqları necə davam etməsini müzakirə edəcəyik. Biz hesab edirik ki, danışıqların bu raundunda müzakirələr yaxşı keçib və indi hər şey “altılıq”dan - onların səmimiliyindən və müvafiq etimad tədbirləri qəbul etmək hazırlığından asılıdır”, deyə o qeyd edib.