Bank Of Baku

İran “altılıq”la danışıqların ilk günündə heç bir təklif irəli sürməyib

İran “altılıq”la danışıqların ilk günündə heç bir təklif irəli sürməyib
# 26 fevral 2013 19:36 (UTC +04:00)

Bakı-APA. İran Almatıda “altılıq”la danışıqların ilk günündə öz təkliflərini irəli sürməyib. APA-nın “RİA Novosti”yə istnadən verdiyi xəbərə görə, bu barədə fevralın 26-da Avropa Birliyinin xarici işlərlə bağlı ali nümayəndəsinin mətbuat katibi Maykl Mann deyib.  

 

“İran öz təklifini təqdim etməyib, bu günkü müzakirələr “altılığın” təklifi ətrafında aparılıb”, deyə Mann jurnalistlərə bildirib.    

 

Qeyd edək ki İranla “altılıq” dövlətləri arasında (Rusiya, ABŞ, Çin, Fransa, Böyük Britaniya, Almaniya) İranın nüvə proqramı üzrə Almatıda keçirilən danışıqların dördüncü raundu qapalı şəraitdə keçirilib.

 

Xatırladaq ki,  “altılıq” dövlətlərinin nümayəndələri bu gün keçirilən birinci plenar iclasda İrana onun nüvə proqramını tənzimlənməsi üzrə yenilənmiş təkliflərini təqdim edib.

 

Tehran, öz növbəsində, Qazaxıstanda yeni təkliflərlə çıxış edəcəyini bəyan edib. Lakin İran tərəfi təkliflərin mahiyyətini hələlik açıqlamır. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR