Bakı. Könül Cəfərli - APA. İran, İraq və Suriya üçtərəfli kommunikasiya müqaviləsi imzalayıblar.
APA-nın İRNA-ya istinadən məlumatına görə, razılaşma Tehranda İranın “İnfrastruktur” rabitə şirkəti, İraqın “əl-Sərd” şirkəti və Suriyanın “Suriya Telekom” şirkətinin nümayəndələri tərəfindən imzalanıb. Razılaşmaya əsasən, məlumat və səsin İrandan İraqa, sonra isə Suriya və Mərkəzi Asiya və Avropaya köçürülməsi həyata keçiriləcək.
Eyni zamanda İran, İraq və Suriya üçtərəfli işıq lif şəbəkəsini yaratmaq məqsədilə bu razılaşmanı imzalayıblar.