Bank Of Baku

İran ABŞ-a pilotsuz təyyarələrini diqqətlə saymağı məsləhət görüb

İran ABŞ-a pilotsuz təyyarələrini diqqətlə saymağı məsləhət görüb
# 05 dekabr 2012 10:27 (UTC +04:00)

Bakı. Könül Cəfərli-APA. “Amerikalılar əvvəl-axır İranın ələ keçirdiyi pilotsuz təyyarənin onlara məxsus olduğunu təsdiq etməli olacaqlar”. APA-nın məlumatına görə, bu fikirləri İran İslam İnqilab Keşikçiləri Korpusunun (“Sepah”) ictimai əlaqələr bölməsinin rəhbəri, general Ramazan Şərif deyib.

 

O bildirib ki, ABŞ-a məxsus “ScanEagle” pilotsuz təyyarəsi bir neçə gün ərzində İran ərazisində informasiya  toplamaq əmrini yerinə yetirib: “ Hələlik isə biz ABŞ-a təklif edirik ki, pilotsuz təyyarələrini diqqətlə saysın”. 

 

Qeyd edək ki,  “Sepah” komandanı, admiral Əli Fədəvi  ABŞ-a məxsus yeni pilotsuz təyyarənin ələ keçirildiyi ilə bağlı açıqlama verib. Lakin ABŞ Hərbi Dəniz Qüvvələrinin 5-ci donanması bu xəbəri təkzib edərək bildirib ki, Pentaqon  Fars körfəzində son zamanlar heç bir pilotsuz təyyarəsini itirməyib.
 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR