Bank Of Baku

İran ABŞ-dan beynəlxalq məhkəməyə şikayət edib

İran ABŞ-dan beynəlxalq məhkəməyə şikayət edib
# 25 iyun 2018 12:35 (UTC +04:00)

İran mal varlığını blokladığı üçün ABŞ-dan şikayət edib. 


APA-nın Tehran bürosunun məlumatına görə, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü Bəhram Qasimi keçirdiyi mətbuat konfransında deyib.


B. Qasimi bildirib ki, İran ölkənin Mərkəzi Bankının 2 milyard dollar həcmində mal varlığının ABŞ tərəfindən qanunsuz  bloklanmasına dair beynəlxalq Haaqa Məhkəməsinə şikayət edib. Məhkəmə baxışı oktyabrın 12-də təşkil olunacaq.

 

XİN sözçüsü  Avropanın İrana ünvanladığı təkliflər paketinin Rusiya və Çin tərəfindən dəstəklənib-dəstəklənmədiyi barədə sualın cavabında qeyd edib ki, bildirib ki, ABŞ-ın  Hərtərəfli Bİrgə Fəaliyyət Planından çıxmasından sonra İranın digər tərəfdaşları 4+1 çərçivəsində bu planı icra etməkdə maraqlıdır: “ABŞ olmadan planın icrasına dair müzakirələr aparılıb. Biz səhv etməməliyik. Üç Avropa ölkəsinin adını çəkib, digər iki ölkənin adını çəkməmək yanlışdır.  Biz hər 5 ölkə bu planın qorunub saxlanılmasına dair  məsuliyyət daşıyırıq”. 

 

B. Qasimi deyib ki, İrana təklif olunacaq paket Rusiya ilə Çinlə də razılaşdırılmalıdır. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR