Bank Of Baku

İran AEBA-ya üç məktub ünvanlayıb

İran AEBA-ya üç məktub ünvanlayıb
# 07 mart 2013 10:49 (UTC +04:00)

 

Bakı. Könül Cəfərli – APA. İranın Atom Enerjisi üzrə Beynəlxalq Agentlikdəki (AEBA) daimi nümayəndəsi Əli Əsgər Sultaniyə agentliyin icraçı direktoruna müxtəlif məzmunlu üç məktub ünvanlayıb.

 

APA-nın İRİB-ə istinadən məlumatına görə, məktubda AEBA İdarə Heyətinin üç məsələyə aydınlıq gətirməsi istənilib.

 

Məktublarda agentlikdə mövcud olan müxtəlif ölkələrin məxfi detallarının qorunmasına təkid edilib: “AEBA məlumatların qorumaq üçün acizdir. Agentlik qanunları çərçivəsindən və hüquqi normalardan kənar mövzuların irəli sürülməsi düzgün deyil”.

 

Eyni zamanda məktublarda Avropanın bəzi ölkələrinin nüvə silahları istehsal etməmək haqda agentlik qarşısında götürdüyü öhdəliklərə sadiq qalmadıqları, ABŞ-ın NPT müqaviləsinə zidd olaraq nüvə silahlarının istehsalı və yayılması məsələsinə məsuliyyətsiz yanaşması, Avropanın bəzi ölkələrində nüvə silahlarının yerləşdirilməsi, həmçinin aparılan tədqiqatlardan əldə edilən nəticələrin yayılmasında AEBA icraçı direktorunun praktiki olaraq vəzifəsini yerinə yetirməməsinə etiraz edilib: “Əlavə protokollar, qanuni və məcburi bir sənəd deyil və könullü xarakter daşıdığı üçün əksər ölkələr, o cümlədən İran da bu protokolu könüllü olaraq icra edir. Təəssüflər olsun ki, bir neçə müddətdir agentliyə təqdim edilən məxfi informasiyalar bu qurumdan çıxarılır. Bununla bağlı eitrazlar və narahatlıqlar barədə agentliyə məlumatlar verilib. Agentlik indiyədək AEBA qanunlarına uyğun olaraq İranın nüvə obyektlərində keçirilən yoxlamalarla əlaqədar sənədlərin qorunmasında aciz qalıb və bu sahədə ölkənin mərkəzində yerləşən Nətənz nüvə obyektində yeni sentrifuqaların (İR2M) quraşdırılması barədə təqdim edilən hesabatı bariz bir nümunə kimi qeyd etmək yerinə düşər. ABŞ və Avropa ölkələri NPT qanunları çərçivəsində öz öhdəliklərini yerinə yetirmirlər. ABŞ və Avropa ölkələri NPT normalarına uyğun olaraq nüvə silahlarına ev sahibliyi etdikləri barədə məsuliyyəti üzərlərinə götürmədikləri üçün BMT Təhlükəsizlik Şurası tərəfindən dərhal ciddi addımların atılması zəruridir”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR