Bakı. Real Cəfərli – APA. İran BMT İnsan Haqları Şurasına üzvlükdən imtina edib. APA-nın “Radiofərda”ya istinadən məlumatına görə, rəsmi Tehran bu addımı iyulun 11-də atıb.
Halbuki İran ABŞ-ın bu ölkəni insan haqlarının vəziyyəti ilə bağlı dəfələrlə sərt tənqid etməsinə baxmayaraq, BMT İnsan Haqları Şurasında təmsil olunmaq istəyirdi. İranın bu addımı nə üçün atması ilə bağlı heç bir səbəb göstərilməyib.
Qeyd edək ki, BMT İnsan Haqları Şurasında 4 ölkə təmsil olunmalıdır. Bu yerlərə də İran, Suriya, Çin, Səudiyyə Ərəbistanı, İordaniya, Vyetnam və Maldiv adaları namizəddir. İran və Suriya da BMT İnsan Haqları Şurasının Asiya qrupunda təmsil olunmaq istəyirdi.