Bank Of Baku

İran Fars körfəzində hərbi dəniz təlimi keçirib

İran Fars körfəzində hərbi dəniz təlimi keçirib
# 07 may 2013 10:11 (UTC +04:00)

Bakı. Real Cəfərli - APA. Bu gün İranda hərbi dəniz təlimi keçirilib. APA-nın “Mehr” xəbər agentliyinə istinadən məlumatına görə, İran Hərbi-Dəniz Qüvvələri Fars körfəzində, Hörmüz boğazının şərqində mina təmizləmə əməliyyatı keçiriblər.

 

Manevrdə İranın ən müasir mina təmizləmə sisteminin də təqdimatı olub. Təlim zamanı qiyabi düşmən minaları səthaltı araşdırma sistemi ilə kəşf edilərək İranın yerli istehsalı olan həmin sistemlə birlikdə hərəkət edən helikopterlər vasitəsilə zərərsizləşdirilib və daha sonra partladılıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR