Bank Of Baku

İran həbsxanasında intihar hadisəsi baş verib

İran həbsxanasında intihar hadisəsi baş verib
# 05 sentyabr 2013 13:31 (UTC +04:00)

Bakı. Real Cəfərli - APA. İranın Əlborz vilayətinin Kərəc şəhərinin Rəcayişəhr həbsxanasında intihar hadisəsi baş verib.

 

APA-nın məlumatına görə, Əli Fərəxi saxlanıldığı həbsxananın birinci bəndində özünü asıb.

 

Silahlı soyğunda təqsirləndirilən 40 yaşlı məhbus 8 ildir cəza çəkirmiş. Onun Rəcayişəhr həbsxanasının 7-ci bəndindən birinci bəndində yenicə köçürüldüyü, öz kamerasında mələfədən düzəltdiyi iplə asılmış vəziyyətdə tapıldığı bildirilir.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR