Bakı. Könül Cəfərli – APA. “İran BMT-yə məktub ünvanlayaraq heç zaman nüvə silahı istehsalına cəhd etməyəcəyini bildirəcək”. APA-nın məlumatına görə, bunu İran prezidentinin birinci müavini Məhəmmədrza Rəhimi deyib.
Onun sözlərinə görə, Qərbin İrana qarşı sanksiyaları mübahisəli nüvə proqramına görə deyil: “Çünki biz nüvə silahı istehsal etmək niyyətində olmadığımızı dəfələrlə bəyan etmişik. Sanksiyalar yalnız İranın inkişafının qarşısını almaq məqsədi daşıyır”.